Adanada FETÖ/PDY araşdırmaları çərçivəsində iş adamlarının mühakimə edildiyi cinayət işində bir nömrəli müttəhim olan terror təşkilatı lideri Fətullah Gülənin vətəndaşlıqdan çıxarılması üçün Adana 11-ci Ağır Cəza Məhkəməsi qərar alıb. Beləliklə, məhkəmə qərarı ilə Gülən haqqında ilk dəfə vətəndaşlıqdan çıxarma qərarı alınmış olub.
İslamazeri.com DHA-ya istinadən xəbər verir ki, əksəriyyəti iş adamlarından ibarət olan və aralarında FETÖ/PDY lideri Fətullah Gülənin də olduğu 25-i məhbus, 14-ü fərari 105 müttəhim barəsində "terror təşkilatına üzv olmaq" və "terror təşkilatına maliyyə təmin etmək" cinayətindən 25 il həbs cəzası ilə cəzalandırılmaları tələbilə Adana 11-ci Ağır Cəza Məhkəməsinə cinayət işi açılıb.
Məhkəmə Fətullah Gülənin vətəndaşlıqdan çıxarılması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Gülənin vətəndaşlıqdan çıxarılması üçün göndərilən yazıdakı əsas hissədə isə belə yazılıb:
"2 yanvarda çıxan 680 saylı Qanun Hökmündə Fərman ilə Türk Vətəndaşlığı Qanununun 29-cu maddəsinə görə "Türk Cəza Qanununun 302-ci, 309-cu, 310-cu, 311-ci, 312-ci, 313-cü, 314-cü və 315-ci maddələrinə əsasən haqqında istintaq və ya icraatı aparılan və xarici ölkədə olması səbəbiylə özü ilə əlaqə yaradıla bilməyən vətəndaşlar bu vəziyyətin istintaq mərhələsində Respublika prokuroru və ya icraat mərhələsində məhkəmə tərəfindən öyrənilməsindən etibarən bir ay ərzində vətəndaşlıqlarının ləğv edilməsi məqsədilə nazirliyə bildirilir. Məhkəmədə yuxarıda adıçəkilən cinayətlərdən mühakiməsi davam edən müttəhim Fətullah Gülənin müdafiə edilmədiyinə və haqqında saxlanma qərarı çıxarıldığı halda bu müttəhimin xaricdə olduğu başa düşüldüyündən lazımlılığının və bəyanının fərman hökmünə əsasən Ədliyyə Nazirliyinə təqdim olunmuşdur."
Türkiyədə ilk olaraq 11-ci Ağır Cəza Məhkəməsinin bu istiqamətdə bir qərar aldığı öyrənilib.