Xərçəngi tanıyan viruslar hazırlandı
Elm adamları, immunitetin hüceyrələrdə xərçəng xəstəlikli hüceyrələri tanımasını və onlarla mübarizə aparmasını təmin edən süni virus hazırlandı. İmmun sisteminin hüceyrələri xərçəng hüceyrələrini tanımır. İsveçrəli elm adamları tərəfindən ixtira edilən "LCMV" adlı süni virus isə immun sisteminin mübariz "T" hüceyrələri tərəfindən tanınır və onlara hücum edərkən eyni zamanda xərçəng xəstəlikli hüceyrələri yox edir. Mütəxəssislər virusun laboratoriya heyvanları üzərində aparılan araşdırmasında, hər hansı bir infeksiyaya yol açmamasının da aşkar edildiyini bildiriblər. Xərçəng müalicələrində immun sistemini hərəkətə keçirərək xərçəng hüceyrələrin təbii proseslə, kimyaterapiya dərmanları istifadə edilmədən, məhv etmək məqsədi daşıyır. Bu istiqamətdə immunoterapiya üsulları uzun müddətdir sınaqdan keçirilir.
Oxşar xəbərlər
|