Sürücülərin nəzərinə- BU QAYDALAR QÜVVƏYƏ MİNİR
Gürcüstanda Yol hərəkəti haqqında qanuna edilmiş dəyişikliklər bü gündən qüvvəyə minir. Xəbər.ge xəbər verir ki, yeni dəyişikliyə əsasən bundan sonra sürücülük vəsiqələrinə bal sistemi də tətbiq olunur. Qaydalara əsasən sürücü yol hərəkəti qaydalarını pozarkən cərimə ilə yanaşı vəsiqəsinə bal da yazılacaq. Hər bir sürücülük vəsiqəsinə 100 bal tətbiq ediləcək. Hər bir qayda pozuntusuna uyğun olaraq sürücülük vəsiqəsinə yazılan bal ümumi 100 baldan çıxılacaq. Bal sıfıra düşdükdə isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılacaq. Sizlərə hansı halda nə qədər balın silinəcəyini təqdim edirik : Təhlükəsizlik kəmərinin taxılmaması - 5 bal Nömrəsiz hərəkət etmək - 30 bal Zebradan keçən zaman qanunu pozmaq - 10 bal İçkili şəxsə maşın vermək - 30 bal Saatda 40-la hərəkət etməli yerdə sürəti aşmaq - 20 bal Küçənin ortasında park etmə - 30 bal Mobil telefonla danışmaq zaman – 15 bal Kiçik administrativ qaydaları pozmq – 5 bal Qəza yerindən qaçmaq və yaxud polis dayandırdığı zaman dayanmamaq – 15-35 bal. Yüksək sürətlə sürmək – 10 bal Uşaqları avtomobil ilə aparan zaman təhlükəsizlik qaydalarını pozmaq – 20 bal Alkaqol və yaxud psixotrop maddələrinin təsiri altında avtomobil idarə etmək - 30-40 bal İçkili sürücülərin isə sürücülük vəsiqəsi ləğv olunacaq, ancaq 3 ay ərzində 1500 lari cərimə ödəyərək vəsiqəsini qaytara biləcək. İlin sonuna qədər pozuntalara yol verməyib, ballarını qoruyan sürücü hökümət tərəfindən hədiyələr veriləcək. Balları sonuna qədər xərcləyən sürücülər isə vəsiqəsi əlindən alınacaq. Sürücü vəsiqəsinin balları azaldıqca sürücülərə Daxili İşlər Nazirliyindən xəbərdarləq mesajı göndərləcək. Oxşar xəbərlər
|