Laricanidən ABŞ-a sərt mesaj: "ABŞ dünyada elə ən böyük İŞİD-dir"
Mьəllif: admin1
Tarix: 10-06-2017, 10:17
Bцlmə: Xəbərlər

 İran parlamentinin spikeri Əli Laricani ABŞ-ın İŞİD terror təşkilatını maliyyələşdirdiyini deyib

 

İslaminSesi xəbər verir ki, Trend-in məlumatına görə, Ə.Laricani bu sözləri Tehranda terror aktları nəticəsində həlak olanların dəfn mərasimində deyib.

O, ABŞ-ı dünyanın ən böyük İŞİD-i adlandırıb: "Biz İŞİD-ə və onun silahlılarına qarşı mübarizə aparırıq. Amma ABŞ dünyada elə ən böyük İŞİD-dir. Biz örtüyü qaldırsaq, üzə çıxaracağıq ki, İŞİD-in arxasında ABŞ ordusu və MKİ dayanır”.

Əli Laricani həmçinin Səudiyyə Ərəbistanını terrorçuluğu dəstəkləməkdə ittiham edib.

Qeyd edək ki, iyunun 7-də Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

 


 
Oxşar xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31