İmam, keşiş və ravvindən “dünyanı gözəlləşdirəcək” layihə
İslamazeri.com-un "Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-da 3 dinin nümayəndələri dinlərarası münasibətlərin yoluna salınması üçün qeyri-adi üsul tapıblar. Nebraska ştatının ən böyük şəhəri Omahada yaxın zamanda dinlərin mükəmməl kompleksi qurulacaq. Qeyri-adi layihənin təşəbbüskarları yerli imam, keşiş və ravvindir. Kompleks "3 din” adını alacaq və ibadət üçün nəzərdə tutulmuş 3 tikilidən - məscid, kilsə və sinaqoqdan ibarət olacaq. İlkin dəyərləndirmələrə əsasən, tikinti işlərinə ümumilikdə 65 milyon dollar tələb olunacaq. Keşiş Erik Elns, imam Məhəmməd Camal Davudi və ravvin Arye Azriel qeyd edirlər ki, onların layihəsini dünyanı daha da gözəl bir yer etməyə yardımçı olacaq. Oxşar xəbərlər
|