Dünyada İslamı qəbul edənlərin sayı niyə artır?
Dünyada İslam dinini qəbul edənlərin sayı durmadan artır. Xüsusən, xristian ölkələrində İslam qəbul edən insanların sayı ildən-ilə çoxalır. 2016-cı ildə təkcə, ABŞ-da 25 min yerli sakin İslamı qəbul edib. Bu göstərici Böyük Britaniyada 32 min, Fransada 40 min, Almaniyada 4,5 min və Rusiyada 11 min nəfər təşkil edir.
Statistika onu göstərir ki, ABŞ-da qadınlar İslamı kişilərdən 4 dəfə çox qəbul edir. İslamı qəbul etmiş 57 yaşlı amerikalı Ellen Keym bu tendensiyanın yalnız müsəlmanla ailə həyatı quran xristian qadınlarının sayının artması ilə bağlı olmadığını deyib.
"Mən özüm İslamı 57 yaşında qəbul etmişəm. Nə ərim, nə də uşaqlarım müsəlman olub. Amma bu din ürəyimə yol tapdı və mən onu qəbul etdim. İslamda qadının status daha yüksəkdir və xristianlıqdan fərqli olaraq qadın bütün bəlalarda ittiham olunmur. İslamda həm kişi, həm də qadınlar Allah qarşısında eyni dərəcədə günahkardır. Bu cəmiyyətlərdə qadınlar xüsusi hörmət və qorunma altındadır”.
Kvonsi universitetinin professor Kevin Bris islamlaşmış qərb insanları ilə bağlı müəyyən araşdırma aparıb. Onun fikrincə, amerikalı və avropalı insanlar müasir cəmiyyətin mənfi əlamətlərindən qaçaraq İslama sığınırlar.
"Onlar mənəvi dayaq axtarır və həyatlarının mənasını bilmək istəyirlər. Çox insanlar müasir cəmiyyətin böyüklərə. qadınlara hörmətini itirməsindən təəssüflənir. Müsəlmanlar üçün müqəddəs olan Quranda isə bütün bu qaydalar ən yüksək dəyər kimi təbliğ olunur”.
Beləliklə, Qərb ölkələrində müsəlmanların sayının kəskin artımı təkcə mühacirətlə deyil, İslamı qəbul edənlərin sayının artması ilə bağlıdır. Statistikaya görə, Almaniyada hər 2 saata 1 nəfər, Böyük Britaniyada isə 80 dəqiqəyə 1 nəfər İslamı qəbul edir.
Bu göstəricinin xüsusən yüksəsk olduğu ölkə isə Fransadır. 5 milyondan artıq müsəlmanın yaşadığı ölkədə son illər 120 mindən artıq şəxs İslamı qəbul edib. Onlar arasında Frank Riberi, Anelka və Tyeri Anri kimi tanınmış futbolçular da var. ABŞ-da isə təkcə son 12 ildə 1300-dən artıq məscidini inşa olunması İslamın sürətlə yeni qitələrə doğru yayıldığını göstərir.
Demoqrafiya üzrə ekspertlərin hesablamalarına görə, 2050-ci ildə Avropa Birliyi əhalisinin 15%-i müsəlman olacaq. Bu rəqəm 2100-cü ildə 50%-i keçəcək. Paralel olaraq, 2100-cü ildə İslam dünyada ən geniş yayılmış dinə çevriləcək. Hazırda bu dinə sitayiş edənlərin sayı 1,5 milyard nəfərdisə, 80 il sonra bu rəqəm 3,5 milyardı keçəcək.(modern.az)
Oxşar xəbərlər
|