Ayətullah Xamenei: Bu gün sionizmlə mübarizə bütün İslam dünyasına vacibdir
Mьəllif: admin1
Tarix: 27-06-2017, 19:49
Bцlmə: Xəbərlər

Ayətullah Xamenei: Bu gün sionizmlə mübarizə bütün İslam dünyasına vacibdir

 Ali  Rəhbər Ayətullah Xamenei bazar ertəsi  dövlət məmurları, xalqın müxtəlif təbəqələrdən olan nümayəndələri və İslam ölkələrinin səfirləri ilə bayram görüşündə qeyd etdi ki, İslam dünyasının ən böyük problemi və ona vurulmuş ən böyük yara ixtilaf və təfriqədir.

 
Maide.Az xəbər verir ki, O, habelə İslam düşmənlərinin ixtilaf odunun alovlandırılmasında oynadığı rola toxunub: "Vəhdət və təfriqədən qorunmaq bütün İslam ölkələrinin xeyrinədir. İslam dünyasının birinci dərəcəli problemi kimi Fələstin problemi ətrafında həmrəylik göstərməklə onun əhəmiyyətinin azaldılması və ya unutdurulmasının qarşısı alınmalıdır”.
 
Hər kəsi Mübarək Fitr bayramı münasibətilə təbrik edən Ayətullah Xamenei ixtilaf yaratmaq üçün düşmənlərin etnik, dini və ərazi bəhanələrindən istifadə etdiyinə işarə edərək dedi: "Əsl İslamla və İslam ölkələri ilə düşmən olduqları halda, bir ABŞ senatorunun şiələrə qarşı sünilərə dəstək verməsi hiylə və xəbislikdən başqa bir şey deyil. Bu məsələ ciddi narahatlıq və diqqət tələb edir. Ancaq təəssüflər olsun ki, İslam dövlətlərinin məsul şəxsləri bu düşmənçilikləri diqqətdən qaçırırlar”.
 
Ayətullah Xamenei İslam dünyasının Yəmən, Suriya, İraq və Şimali Afrika kimi müxtəlif regionlarında mövcud olan qanlı münaqişələrə toxunub və bildirib: "Təfriqə və ixtilaf İslamın və İslam ümmətinin zərərinədir. Buna görə də İslam ölkələrinin yaxınlaşması və bir-birlərinə qarşı güc göstərməkdən çəkinməsi İlahi hikmətə uyğun olaraq İslam ölkələrinin xeyrinədir”.
 
O bildirdi ki, Fələstin xalqını müdafiə məqsədi daşıyan Qüds günü yürüşü və İran xalqının Tehranda və ölkənin ayrı-ayrı şəhərlərindəki böyük və izdihamlı iştirakı İslam vəhdətinin qürurverici nümunəsidir: "İslam vəhdətinin mənası şiə əhalisinin oruc-oruc belə bir təntənə və coşqu ilə küçələrə çıxaraq sünni fələstinlilərlə həmrəy və həmdərd olduğunu nümayiş etdirməsidir”.
 
Ayətullah Xamenei qeyd etdi ki, Fələstin probleminin əhəmiyyətinin azaldılması və ya unutdurulması böyük təhlükədir: "Fələstin İslam dünyasının birinci dərəcəli problemidir. Ancaq bəzi İslam ölkələri Fələstin probleminin görməzdən gəlinməsinə və unudulmasına səbəb olacaq şəkildə davranırlar”.
 
İslam İnqilabının Rəhbəri Fələstin İslam ölkəsinin qəsb edilməsi, bir millətin öz evindən və torpaqlarından qovulub çıxarılması məsələsinə toxunaraq dedi: "İslam fiqhinə əsasən İslam torpaqlarının düşmənin tərəfindən təcavüz edilməsinə cavab olaraq bütün müsəlmanlar mümkün olduğu qədər cihad və mübarizəyə qalxmağa borcludurlar. Bu səbəbdən də sionizm rejiminə qarşı mübarizəyə qalxmaq bütün İslam dünyasına lazım və vacibdir”.
 
Bəzi İslam ölkələrinin bu mübarizədən boyun qaçırdıqlarını tənqid edən Ali Rəhbər İran xalqının öz vəzifəsini yerinə yetirməkdə ayıq və oyaq olduğunu dedi: "İslam dünyasının vəhdət və kualisiyaya ehtiyacı var. Müsəlman xalqları əsasən, bir-birləri ilə həmrəydirlər. Sadəcə hökumətlər öz vəzifələrinə əməl etməlidirlər”.
 
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031