Məsumların (ə) Bəqidəki hərəmlərinin dağıdılmasından 98 il ötür
Mьəllif: admin1
Tarix: 20-05-2021, 22:50
Bцlmə: Xəbərlər
Məsumların (ə) Bəqidəki hərəmlərinin dağıdılmasından 98 il ötür

Hicri-qəməri tarixi ilə 1344-cü il şəvval ayının 8-də Mədinə şəhərinin Bəqi məzarlığında yerləşən müsəlmanların İmamlarının (ə) mübarək hərəmləri Səudiyyə Ərəbistanının vəhabi rejimi tərəfindən yerlə yeksan edilib.

İstər sünni, istərsə də şiə məzhəbindən olan müsəlmanlar bu vəhşiliyi qınamışlar. Hazırda dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək, hərəmlərin bərpa edilməsini tələb edir.

Qeyd edək ki, müqəddəs Bəqi qəbiristanlığı Səudiyyədə təkfirçi-vəhhabi rejimi qurulduqdan sonra dağıdılıb. Həmin dövrədək burada olan müqəddəs hərəmlər də rejim tərəfindən dağıdılıb.

Dağıdılan ziyarətgahlar Həzrət Peyğəmbərin (s) əsas dayaqlarından olmuş əmisi Həzrət Həmzəyə, Rəsuli-Əkrəmin (s) nəvəsi, ikinci İmam Həzrət Həsənə (ə), dördüncü İmam Həzrət Əli ibn Hüseynə (ə), beşinci İmam Həzrət Muhəmməd Baqirə (ə) və altıncı İmam Həzrət Cəfər Sadiqə (ə) məxsus olub.

Bəqi qəbiristanlığı Səudiyyə Ərəbistanının ‏‎Mədinə şəhərində, Nəbəvi məscidindən (Peyğəmbər (s) məscidi) cənub-şərqdə yerləşir.

Miladi tarixi ilə 622-ci ilin sentyabrında Həzrət Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət edir.

Bir az sonra Ən-Nəbəvi məscidinin tikintisi zamanı Həzrət Peyğəmbər (s) buradakı Əl-Bəqi adlı böyük torpaq sahəsini satın alır.

Burada həmçinin Peyğəmbəri-Əkrəmin (s) əmisi Abbas ibn Əbdülmüttəlib də dəfn olunub.


.




 


 


 


 


 


 


 



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031