TBİLİSİDƏ “QADINA QARŞI ZORAKILIĞIN QARŞISININ ALINMASINDA DİNİN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ
Mьəllif: admin1
Tarix: 11-07-2017, 23:01
Bцlmə: Xəbərlər

TBİLİSİDƏ “QADINA QARŞI ZORAKILIĞIN QARŞISININ ALINMASINDA DİNİN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

 Ahlibeyt.ge xəbər verir ki, bu gün Gender bərabərliyi, qadınlara qarşı zorakılıq və ailə zorakılığı məsələləri üzrə idarələrarası komissiya, Gürcüstan Müsəlmanları İdarəsi, "XXI əsr” Birliyi və BMT-nin Əhali Fondunun Gürcüstan ofisi tərəfindən Tbilisidə konfrans keçirilib.

Din, dövlət, elm və ictimaiyyət xadimlərinin iştirak etdiyi konfransda öncə Gürcüstan Patriarxlığının dinlərarası nümayəndəsi Tea Qoqotişvili çıxış edərək Gürcüstanda qadına qarşı zorakılığın və erkən evliliyik problemlərinin hələ də qaldığını bildirdi. O qeyd etdi ki, Bu problem nəticəsində qızlar cəmiyyətdən təcrid olunur, təhsil imkanlarından məhrum olurlar. Gürcüstan hökuməti və bir neçə QHT qadın və qızlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində davamlı fəaliyyət aparır, maarifləndirmə və təlim proqramları həyata keçirir.
Konfransda Gürcüstan parlamentinin sədr müavini Giorgi Volski, Gürcüstan parlamentinin Gender bərabərliyi şurasının üzvü Dimitri Tskitişvili, Gürcüstan Daxili işlər nazirliyi, Ədliyyə nazirliyi, Elm və Təhsil nazirliyi, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirliyinin əməkdaş və nümayəndələri, BMT-nin əhali fondunun (UNFPA) Gürcüstan ofisinin rəhbəri Lela Bakradze və başqaları çıxış edərək mövcud problemlə bağlı fikirlərini bildirdilər. Onlar bir çox problemlərin həllində dövlət və cəmiyyətin və eyni zamanda dini icmaların birgə fəaliyyətini olduqca vacib hesab etdilər. Qadın zorakılığı, Erkən evlilik kimi halların və qız qaçırma və qızların sünnəti kimi mənfi ənənənin qarşısını alınması üçün din xadimlərinin də üzərinə böyük məsuliyyətlər düşdüyünü qeyd etdilər.
Konfransda çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov isə İslam dinində qadının dəyəri və erkən evlilik məsələsinə toxunub. O qeyd edib ki,: "İslamda evlilik üçün konkret xronoloji yaş müəyyən olunmayıb. O evlənməkdə əsas şərtin cütlüklərin evliliyə hazır olub hər cəhətdən imkan və qüdrət əldə etmələrini söylədi. Evlilik yaşının bir şəxsdən digərinə görə, irq, iqlim, irs, fizki, bioloji, psixoloji və sosial şərtlər və hətta zaman və məkan baxımından da fərqlənə biləcəyinə işarə etdi. O qeyd etdi ki, dinimizə görə evlənməkdə məqsəd cütlüklərin xöşbəxtliyi, sağlam ailə sahibi olması, gələcəyə sağlam övlad bəxş etməsidir. Buna görə tərəflərin evdarlığa, ailəni təmin və idarə etməyə hazır olduqları halda gecikdirmədən Peyğəmbərimizin (s) Nikah sünnətinə əməl etmələri tövsiyə olunur.
O əlavə etdi ki, təəssüflə hələ də Gürcüstanda bioloji və fizioloji baxımdan evliliyə hazır olsalar da psixoloji və sosialoji baxımdan hazır olmayan gənclərin ailə qurması halları və bu cür ailələrin sarsılması və tez dağılması halları müşahidə olunmaqdadır.
Gürcüstan Müsəlmanları İdarəsinin şərqi Gürcüstan üzrə Müftisi Hacı Yasin Əliyev çıxışında gənclərin erkən yaşlarında evlənməkdən çox elm öyrənməyə üstünlük vermələrinin önəmindən danışıb. O hədislərdə qadınların əmanət olduğu söyləyərək qadın hüquqlarına işarə edib. Qızların sünnəti məsələsinin isə İslamla heç bir əlaqəsi olmadığını bildirib.
Sonda iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və bəyanat qəbul olunmzqla konfransa yekunlaşıb.
 

TBİLİSİDƏ “QADINA QARŞI ZORAKILIĞIN QARŞISININ ALINMASINDA DİNİN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

 

TBİLİSİDƏ “QADINA QARŞI ZORAKILIĞIN QARŞISININ ALINMASINDA DİNİN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

 

TBİLİSİDƏ “QADINA QARŞI ZORAKILIĞIN QARŞISININ ALINMASINDA DİNİN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

 


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031