Ayətullah Sistaninin oğlu da könüllülərə qoşulub
Seyid Məhəmməd Baqir Sistani Samirradadır İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, İslam aləminin tanınmış iraqlı təqlid mərcəsi olan Ayətullah Sistaninin İraqdakı vəziyyətlə bağlı müdafiə cihadı verməsindən sonra könüllülərin sayı 2.5 milyona çatıb. "Əl-Katib" qəzetinin xəbərinə görə, Ayətullah Seyid Əli Sistaninin oğlu Seyid Məhəmməd Baqir Sistani də könüllülərə qoşulub və hal-hazırda Samirra şəhərində İmam Həsən Əsgəri (ə) və İmam Hadinin (ə) ziyarətgahlarını müdafiə edən təhlükəsizlik qüvvələrinə qatılıb. Qəzetdə Seyid Məhəmməd Baqir Sistani ilə birlikdə 500 nəfərin də Samirra şəhərinə gəldiyi qeyd olunub. Oxşar xəbərlər
|