Venesuela prezidenti İsrail rejiminə: “Artıq bəsdir!”
Mьəllif: admin1
Tarix: 26-07-2017, 21:34
Bцlmə: Xəbərlər

 Venesuela prezidenti Nikolas Maduro İsrail rejiminin Fələstin torpaqlarında soyqırım və qətliam siyasəti apardığını söyləyib.

 

Deyerler.org Hurseda-ya istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro İsrail rejiminin Fələstindəki qətliamlarına başda Ərəb dünyası olmaqla bütün dünyanın reaksiya verməli olduğunu bildirib: "Fələstində müsəlman, xristian və fərqli dinlərdən və mədəniyyətlərdən insanlar var. Müraciətim bölgədəki ərəb xalqına və liderlərinədir. Nə vaxta qədər qətliamlara sükut edəcəksiniz, fələstinli qardaşlarınızın qətlini müşahidə etməyə davam edəcəksiniz? Ərəb xalqları nə vaxt oyanacaq? Ərəb liderləri, nə vaxt oyanıb Fələstin xalqının səsinə səs verəcəksiniz?

 

Yerə girsin sizin rəsmi bəyanatınız! Yerə girsin beynəlxalq protokollarınız! Artıq hərəkətə keçməlisiniz. Fələstin xalqının qatillərinə reaksiya verməlisiniz. Dayandırmalısınız! Venesuela prezidenti kimi sizə müraciət edirəm. Yetər artıq! Rəsmi bəyənatlarınızdan başqa hərəkət edə bilmirsiniz. Səs tonuma görə məndən inciməyin! Çox yüksəkdən danışıram. Daxilimdəki əzab və qəzəb məni bu şəkildə danışdırır.

 

Fələstin xalqına edilən qətliama müşahidəçi qalmaq mənə əzab verir. Artıq ölümlərə öyrəşiblər. Dünya qətliam qarşısında kor və kar olub! Əksəriyyəti qorxaq olan liderlər də rəsmi bir bəyənat verib, hadisələrə təəssüflərini bildirib, qınayırlar. "Hücumu lənətləyirik”, bu qədər. "Çox narahat oluruq", bir də bu. Məsələ qurtarır onlar üçün. Bəsdir artıq, bəsdir! Venesuela artıq bəsdir deyir".

 

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031