Səudiyyə rejimi yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq etdi
Səudiyyə rejimi yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib.
Deyerler.org İslam-Todaya istinadən xəbər verir ki, "Marva Tur" həcc-şirkətinin mətbuat xidmətindən bu barədə məlumat verilib. "Hər kim 2015 və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətindədir, viza üçün 2000 rial (535 $) məbləğində verg ödəməlidir", - deyə həcc-şirkətinin məlumatında bildirilir.
Bununla əlaqədar "Marva Tur" şirkəti 2017-ci ildə həcc ziyarətinə yenidən gedən zəvvarların şirkətin ofisinə təcili olaraq müraciət etmələrini istəyib. "Təəssüf ki, vergi ödənişi edilmədən zəvvarların xarici pasportları səfirliyə göndərilməyəcək", - deyə şirkətdən verilən məlumatda bildirilir.
Oxşar xəbərlər
|