Türkiyə və İran Qüdsü müzakirə etdi
İslamazeri.com-un türk mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Muhəmməd Cavad Zərifl görüş keçirib. Türkiyədəki diplomatik mənbələrin məlumatına görə, nazirlər İslam Əməkdaşlığı Təşkilatının İcraçı Komitəsinin İstanbulda Türkiyənin təşəbbüsü ilə keçirilən təcili iclası çərçivəsində qapalı və geniş heyətli danışıqlar aparıblar. Görüş zamanı tərəflər Qüds şəhərində yerləşən Məbəd dağı ətrafındakı vəziyyəti müzakirə ediblər. Nazirlər həmçinin ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər və regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi də aparıblar. Oxşar xəbərlər
|