Azərbaycanlı alim yüz milyonlarla insanın müsəlman olmasına səbəb olub
Mьəllif: admin1
Tarix: 4-08-2017, 18:06
Bцlmə: Xəbərlər

Azərbaycanlı alim yüz milyonlarla insanın müsəlman olmasına səbəb olub

 İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, İndoneziyada İslam dininin əsasını azərbaycanlı alim qoyub. Bu haqda İndoneziyanın Azərbaycandakı səfiri açıqlama verib.

O, xatırladıb ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir və bildirib ki, ölkəsi Yaxın Şərq və Mərkəzi Asiyadan, yəni İslam dininin yayıldığı əsas bölgədən uzaqda yerləşir.

"İslam dini İndoneziyaya Səmərqənddən olan və XIV əsrdə yaşamış uləma Malik İbrahimin sayəsində gəlib. Mənbələrdən məlumdur ki, o Səmərqəndə Xəzər dənizinin sahilindən, daha dəqiq desək, Azərbaycandan gəlib. Malik İbrahim burada İslam dinini öyrəndikdən sonra, İndoneziyaya gedib. Beləliklə də, İndoneziyada İslam azərbaycanlıların sayəsində yayılıb.”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, 2015-ci ildə İndoneziyanın əhalisi 225 milyon nəfər olub ki, onlardan da 88 faizi müsəlmandır.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031