Orqan və yaraları bərpa edən yeni texnologiya
ABŞ alimləri hazırladıqları nanoçip ilə bədəndə yaranan yaraları və xəsarətli orqanları yaxşılaşdırmağı bacardı. Aparılan araşdırmaya görə, gələcəkdə təkmilləşdiriləcək olan nanoçip ilə yaşlı və ya ölən hüceyrələri genlərlə əlaqələndirərək yeniləmək mümkün olacaq. Bədəndə olan müxtəlif yaraların yaxşılaşmasını gözləmək çox təəssüf ki, bəzən bir neçə gün çəkə bilər. Ohayo Universitetindəki Veksner Tibb Mərkəzindən olan elm adamlarının hazırladığı nanoçip sayəsində artıq yaraların sağalma müddəti qısalır.
Nanoçip eyni zamanda xəsarətli orqanları da bərpa edə bilir. "Toxuma nano-transfeksiyası" adlı bu üsul ilə yaraların üzərinə qoyulan nanoçiplər yaydıqları elektrik dalğaları vasitəsilə hüceyrələrdən genlərə elektrik yayaraq, hüceyrələrin başqa bir forma əldə etməsini təmin edir. Bu sayədə qocalan hüceyrələr fərqlənərək cavanlaşır. Tədqiqatçılara görə, sınaqdan keçirilən nanoçip ilə yaşlı və ya ölən hüceyrələri genlərlə əlaqələndirərək yeniləmək mümkün olacaq.
deyerler.org Oxşar xəbərlər
|