"Hizbullah" lideri: ABŞ və İsrail rejiminin İŞİD üzərindən gördükləri yuxular çin çıxmayıb
Mьəllif: admin1
Tarix: 4-09-2017, 10:52
Bцlmə: Xəbərlər
"Hizbullah" lideri: ABŞ və İsrail rejiminin İŞİD üzərindən gördükləri yuxular çin çıxmayıb
“Hizbullah”ın baş katibi ölkədə keçirilən son əməliyyatlarla bağlı çıxış edib.

İslamazeri.com-un verdiyi xəbərə əsasən, Suriya ordusuna xüsusi minnətdarlığını bildirən Seyid Həsən Nəsrullah deyib: “Suriya ordusu meydanlarda, xüsusən son əməliyyatımızda çox sayda şəhid verdi. Bu ordu bizim istəyimizlə vuruşdu və Currud bölgəsini azad etmək onların işi deyildi. Lakin biz onlarla danışıqlar apararaq, Livanda terror təhlükəsini sonlandırmaq istədiyimizi bildirdik. Mən şəxsən Bəşər Əsədin yanına gedərək, İŞİD-in Qalamun bölgəsindən kənarlaşdırmaq üçün bizə kömək etmələrini istədim. Görüşdə İŞİD-lə aparacağımız danışıqlar barədə də müzairə etdik. Əsəd dedi ki, Livan müzakirə istəyindədirsə hökmən bizimlə əlaqədə olmalıdır. Biz buradan Suriya prezidenti və xalqına təşəkkür edir, Suriya ordusuna salam yollayırıq. Onlar bizə bu qələbədə yardım etdilər. Suriya və İraqda müqaviməti dəstəkləyən İran və əziz xalqına da minnətdarıq.”

Trampın bütün dünya üçün təhdid olduğunu deyən Seyid Nəsrullah bildirib: "ABŞ və İsrail rejiminin İŞİD üzərindən gördükləri yuxular çin çıxmayıb. Bu cür də olmalı idi. Müqavimət cəbhəsi Rusiyanın dəstəyi ilə bu planları alt-üst etdi. Amerikalılar İsrailin yardımın qaçacaq və Livan dövlətindən istəyəcəklər ki, “Hizbullah” böhranını həll etsin. Çünki bizim təşkilatımızı İsrail üçün təhdid və təhlükə hesab edirlər. Trampın başçılıq etdiyi ABŞ bütün dünya üçün təhdiddir. Dünyanın taleyi Kim Çen In (Şimali Koreya prezidenti) və Tramp arasında təyin olunacaq. Tramp hökumətinin Çin və Rusiya ilə olan əlaqəsi ən aşağı səviyyədədir. Venesuela əleyhinə də müharibə elanı etməyə, İranla qəbul olunan nüvə razılığını ləğv etmə astanasındadırlar.”

Sonda qələbələr münasibətilə Livan xalqına səslənən Nəsurullah bildirib: “Bu qələbə sizin şücaət, cihad, müqavimətiniz və şəhdilərin qanına bağlıdır. Bu qələbə göstərdi ki, müqavimətin xərci təslim olmağın xərcindən qat-qat azdır.Bu bayram ilk növbədə siz livanlıların bayramıdır. Bu qələbənin mesajı budur ki, Livanın söykəndiyi yer xalqı, ordusu və müqavimətdir. Livana uzanan təcavüzkar əl kəsiləcək, gözü isə kor olacaq! Biz ölkəmizin müstəqil və təhlükəsiz olmasını istəyirik.”
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031