15 ilə 100 min indus müsəlman oldu
Nepal İslam Cəmiyyətinin sədri Xurşid Aləm son 15 ildə 100 min indusun müsəlman olduğunu söyləyib.
Deyerler.org Star-a istinadən xəbər verir ki, 26 milyon əhaliyə malik Nepalda müsəlmanların sayı 1.5 milyon ətrafındadır. Xurşid Aləm Nepalda müsəlmanların indus və buddistlərlə heç bir problemlə qarşılaşmadığını deyib: “Ancaq bir indus və ya buddist müsəlman olsa, çox ciddi çətinliklərə məruz qalırlar. Müsəlman olan bir indus və ya buddist ailəsi və ətrafı tərəfindən təcrid olunur, mirasdan məhrum edilir, iqtisadi və sosial baxımdan təcrid olunur. Bu baxımdan yeni müsəlman olan gənclər üçün həyat çox çətindir. Burada biz onlara kömək etməyə çalışırıq”. Xurşid Aləm Nepalda müsəlmanların ölkə əhalisinin 5%-ni təşkil etdiyini və ölkənin siyasi arenasında bir qüvvə formalaşdıra bilmədiyini söyləyib: “İnternat məktəb, məscid, qurbanlıq, təcili yardım kimi, sosial və iqtisadi işlər həyata keçiririk. Son 15 ildə 100 min indus müsəlman oldu. Nepal əhalisi 26.6 milyondur, bunun 81%-ni indus, 9%-ni buddist, qalan hissəsini də xristian və digər dinlərə mənsub insanlar təşkil edir”. Oxşar xəbərlər
|