Ayətullah Şahrudi Kərbəlanı ziyarət etdi
İranın Siyasi Məsləhət Şurasının baş katibi Ayətullah Seyid Mahmud Haşimi Şahrudi İraqa səfəri vaxtı Kərbəlaya gələrək, İmam Hüseynin (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs hərəmini ziyarət edib.
Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Ayətullah Seyid Mahmud Haşimi Şahrudi ziyarətdən sonra, Kərbəla şəhərinin icra başçısı Əqil Əl-Turəyhi, İraqın baş nazirinin müavini Hüseyn Şəhristani və baş nazirin müşaviri Şeyx Zahiri başda olmaqla Kərbəla Vilayət Şurasının sədri Nasif Casəm, Kərbəla Vilayət Şurasının üzvləri, Fərat Ovsat əməliyyatının komandiri, Kərbəla polis komandiri və bu şəhərin ayrı-ayrı siyasi-ictimai qrupları ilə görüşlər keçirib. Ayətullah Şahrudi İraqın vitse-prezidenti Nuri Əl-Maliki ilə keçirdiyi görüşdə, ABŞ-ın İŞİD-ə qarşı mübarizə istiqamətində iddialarının yalandan ibarət olduğunu bildirmişdir. Ayətullah Şahrudi bu terror təşkilatının İslam dünyasını parçalamaq üçün istifadə edildiyini söyləmişdir. Oxşar xəbərlər
|