Hizbullah: “İsrailin istənilən axmaqlığına cavab verməyə hazırıq”
Mьəllif: admin1
Tarix: 6-09-2017, 21:44
Bцlmə: Xəbərlər
Hizbullah: “İsrailin istənilən axmaqlığına cavab verməyə hazırıq”
Cerusalem Post qəzeti Hizbullah hərəkatının yüksək rütbəli rəsmilərindən birinin İsrail rejiminin keçirdiyi təlimə reaksiya olaraq, Livan sərhədi yaxınlığına gəldiyini və sionistlərin edəcəyi istənilən hücuma hazır olduqlarını söylədiyini yazıb.

Deyerler.org Tasnimə istinadən xəbər verir ki, qəzetin Livanın bəzi media orqanlarından əldə etdiyi məlumata əsasən hazırladığı xəbərində belə bildirilib: “Bu adı məlum olmayan Hizbullah rəsmisi müqavimət hətəkatının israillilərdən gələn istənilən hücum və ya axmaqlığa qarşı müqavimət göstərmək üçün hazır olduğunu söylədi”.

Livanın xəbər mənbələri həmin Hizbullah rəsmisindən belə dediyini qeyd ediblər: "Biz (Hizbullah) tamamilə məsələyə hakimik və hər zaman aparılacaq istənilən ssenariyə də hazırıq. İsraillilər bizi qəfil ovlaya bilməzlər. Çünki onlar 2006-cı ildə üzləşdikləri məğlubiyyətdən sonra, Hizbullahın hansı növ gücünün olduğunu yaxşı bilirlər".

Sionist rejimin bu təlimi müqavimətin hərbi gücündən qorxduqlarına görə həyata keçirdiyini bildirərək, onların başqa bir müharibə üçün hazırlaşdıqlarını söyləyib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031