Ali dini rəhbər Qurban və Qədir Xum bayramları münasibətilə məhbusları əfv etdi
Mьəllif: admin1
Tarix: 7-09-2017, 15:46
Bцlmə: Xəbərlər
Ali dini rəhbər Qurban və Qədir Xum bayramları münasibətilə məhbusları əfv etdi
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei məhbuslardan 1166 nəfərin azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı təklifi qəbul edib.

Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Qurban və Qədir Xum bayramları münasibətilə hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunan məhbuslardan 1166 nəfərin amnistiyaya salınmasını qəbul edib.

Xatırladaq ki, İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Ayətullah Sadiq Amoli Laricani ali dini rəhbərə yazdığı məktubda, lazımlı şərtlərə malik 1166 məhbusun cəzalarının yüngülləşdirilməsi və əfv edilməsini təklif etmişdi.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031