Əl-Həkim: "Öz içlərində depressiya olanlar İran və İraq arasındakı münasibətlərin pozulacağını ehtimal edirlər"
Mьəllif: admin1
Tarix: 10-09-2017, 21:19
Bцlmə: Xəbərlər
Əl-Həkim: "Öz içlərində depressiya olanlar İran və İraq arasındakı münasibətlərin pozulacağını ehtimal edirlər"
İraq Milli Koalisiyasının sədri Əmmar əl-Həkim heç bir gücün İraq ilə İran İslam İnqilabı Rəhbəri və İranın digər rəsmi şəxsləri arasındakı əlaqəni poza bilməyəcəyini bildirib.

İslamazeri.com xəbər verir ki, Əmmar əl-Həkim, "İran Bil-Arabi" kanalına verdiyi müsahibədə, bəzi adamların və dairələrin İran və İraq rəsmiləri arasında münasibətləri pozmağa əsaslanan dəlicəsinə səy göstərdiklərini bildirib və "İran və İraq arasındakı münasibətlərin pozulacağını ehtimal edənlər öz içlərində depressiya olanlardır",- deyib.

Həkim İraqın kimsəyə qətiyyən İranla münasibətlərin pozulmasına icazə verməyəcəyini bildirərək, "İraqlılar İran İslam İnqilabı Rəhbərinin İraqın yenidən qurulmasına verdiyi əhəmiyyəti bilirlər və xüsusilə son 40 ildəki hadisələrdəki mövqeyi də ortadadır",- deyib.

Əmmar əl-Həkim İran və Ərəbistan arasındakı münaqişələrə də işarə ilə, "İraqın iki ölkənin əlaqələrini yaxınlaşdıra biləcəyini, çünki İraqın coğrafi olaraq İranı Ərəbistana yaxınlaşdıran xüsusiyyətə malik olduğunu deyib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031