Suriya ordusundan daha bir mühüm qələbə: İŞİD-in blokadası dağıdıldı
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya ordusunun 5-ci korpusunun dəstələri Deyr-əz-Zor şəhərinin cənubunda da İŞİD terror təşkilatının mövqelərini dağıdaraq, şəhərdə yerləşən hökumət qüvvələri ilə birləşiblər. Bu haqda agentliyin hadisə yerindəki müxbiri məlumat verir.
Suriya ordusunun hissələrinin görüşü şəhərin əsas cənub darvazalarında baş verib. 5-ci korpusunun döyüşçüləri və müttəfiq qüvvələr Palmira şəhəri istiqamətində yerləşən əs-Suhnə şəhəri tərəfdən Deyr-əz-Zor istiqamətində irəliləyirdi. Hökumət qüvvələrinin bu dəfəki birləşməsi İŞİD-in Deyr-əz-Zor mühasirə həlqəsinin 2-ci dəfə yarılması oldu. Müharisə ilk dəfə sentyabr ayının 5-i Suriya ordusunun “Pələng” elit dəstəsinin döyüşçüləri tərəfindən həyata keçirilmişdi. Ordunun növbəti mühüm uğuruna sevinən Deyr-əz-Zor sakinlər küçələrə çıxıb, əllərində Suriya bayraqları və Prezident Bəşər Əsədin portreti olan plakatları tutaraq, 5-ci korpusunun döyüşçülərini qarşılayırlar. Qeyd edək ki, adıçəkilən şəhər bir neçə il idi ki, İŞİD terrorçularının tam mühasirəsi altındadı idi. Oxşar xəbərlər
|