TBİLISİDƏ MYANMARDA MÜSƏLMANLARA QARŞI TÖRƏDİLƏN DƏHŞƏTLİ İNSAN QIRĞINLARI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLDİ (Foto)
Bu gün Myanmarın Arakan əyalətində Ruhingiyalı müsəlmanlara qarşı baş verən dəhşətli insan qırğınlarına qarşı mətbua konfransı keşirildi. Kvira” (Həftə) Mətbuat klubunda keçirilən konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin igidov, Qərbi Gürcüstan müftisi Beqlar Kamaşidze və Şərqi Gürcüstan üzrə müfti Hacı Yasin Əliyev baş verən dəhşətli faciə ilə bağlı fikirlərini bildirib, jurnlistlərin suallarını cavablandırdılar. Onlar, ötən ayın sonlarında 3 gün ərzində iki rayonda üç min insanın vəhşicəsinə qətlə yetirildiyinə işarə edərək Myanmar hökumət qüvvələrilə buddist dəstələrin törətdiyi qətliamı 2012 və keçən ilin oktyabr ayında baş verənlərdən qat-qat daha dəhşətli olduğunu bildirdilər. Hal hazırda evləri yandırılan yüz minlərlə insan ölkənin qərbində - Banqladeş sərhədlərində qaçqın düşərgələrində ağır güzəran keçirməkdədilər. Arakan və Raxin əaylətlərində yaşayan Ruhungiyalı müsəlmanlarla bağlı Myanmar höküməti tərəfindən 1982-ci ildə qəbul olunmuş qanuna əsasən onlar vətəndaşlıq hüququndan belə məhrumdurlar. Çıxışı zamanı Hacı Ramin İgidov :“Qərb mediasının qeyri obyektiv və adil olmasını işarə edərək, ölkələrdə öldürülən insanlara millət, din və coğrafiyasına görə fərq qoyulduğu və ayrıseçkilik edildiyini bildirib. Avropada baş verən terakt hadisələrini operativ işıqlandıran dünya medyası təəssüflər olsun ki, bu gün Yəməndə, Fələstində, yaxın şərqdə və başqa müsəlman ölkələrində baş verən hadisələri olduğu kimi ictimaiyyətə çatdırmırlar. Sanki insanlar öldüyü kimi insanlıq da ölməkdədir.” Sonda Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri neçə gün öncə Arakan hadisələi ilə bağlı verdikləri bəyanatı dilə gətirərək günahsız insan qırğınlarını qətiyyətlə pisləyib, soyqırımlara dərhal son qoyulmasını tələb edib, Ruhingiyalı müsəlmanların hüquqlarının verilməsini və dünya ölkələrinin və Beynəlxalq qurumların bu sahədə hərəkətə keçməsini kəskin şəkildə tələb etdilər. Oxşar xəbərlər
|