Dostdan düşmənə şikayət etməyə utandım
Mьəllif: admin1
Tarix: 27-06-2014, 19:44
Bцlmə: Xəbərlər
Dostdan düşmənə şikayət etməyə utandım

Dövrün böyük sufilərdindən olan Cüneyd Bağdadi ilə Əbu Bəkr Şibli təxminən eyni günlərdə xəstələnib yatağa düşürlər. Hər ikisi üçün həkim çağrılır.

Allahı inkar edən biri olaraq tanınan həkim əvvəlcə Cüneyd Bağdadini müayinə edir və soruşur: “Şikayətin nədir?” Cüneyd Bağdadi “heç bir şey” deyə cavab verərək şikayətini demir. Daha sonra həkim Əbu Bəkr Şiblinin yanına gəlir və eyni sualı ona da verir. Şibli xəstəliyindən uzun- uzadı şikayətlənir. Bir müddət sonra hər iki sufinin səhhəti düzəlir. Görüşdükləri vaxt Cüneyd Bağdadi Şibliyə deyir:

- Öz şikayətlərini inkarçı həkimə niyə bu şəkildə ifadə etdin?


- Dost olana dünyada belə xəstəliklər verilir, axirətdə isə lütf edilir; düşmənlərə nələr ediləcəyini bilsin istədim. Bəs yaxşı, sənin davranışının hikməti nədir?

- Bir hikməti yoxdur, sadəcə olaraq dostdan düşmənə şikayət etməyə utandım.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031