İraq Baş naziri: 1300 İŞİD-çinin yarısı Türkiyə vətəndaşıdır
Mьəllif: admin1
Tarix: 18-09-2017, 21:41
Bцlmə: Xəbərlər
İraq Baş naziri: 1300 İŞİD-çinin yarısı Türkiyə vətəndaşıdır
İslamazeri.com xəbər verir ki, İraq Baş naziri Heydər əl-Abadi "Associated Press"ə verdiyi müsahibədə, Mosulda yerləşən Başika düşərgəsini boşaltmaq istədiklərini, Türkiyənin də İŞİD məğlub edildikdən sonra şəhərciyin azad edilməsinə tərəf olduğunu deyib.

Abadi Mosul yaxınlığında İŞİD-lə əlaqəli olan, qadın və uşaqların qaldığı 1300 nəfərlik düşərgədə təxminən 500 Türkiyə vətəndaşı olduğunu deyib.

İŞİD nümayəndələrinin xanımları, ya da uşaqları kimi əlaqələr səbəbilə düşərgədə saxlanılanların gəldikləri ölkələrə geri göndərilmələri üçün müvafiq hökumətlərlə görüşdüyünü qeyd edən İraq Baş naziri Türkiyə hökumətinin də məsələ ilə çox qısa müddət ərzində məşğul olacaqlarına dair söz verdiyini bildirib.

Baş nazir İraq Kürd Regional Rəhbərliyinin keçirməyi planlaşdırdığı ayrılıq referendumunun kürd xalqının zərərinə olacağını qeyd edərək qanunsuz olaraq keçirilməsi istənən bu referendumun nəticəsini qətiyyən qəbul etməyəcəklərini açıqlayıb.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031