Arakan müsəlmanlarına görə BMT-də xüsusi toplantı
Mьəllif: admin1
Tarix: 19-09-2017, 10:23
Bцlmə: Xəbərlər
Arakan müsəlmanlarına görə BMT-də xüsusi toplantı
Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Myanmarın Arakan ştatındakı vəziyyətlə bağlı toplantı keçirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nazirlər səviyyəsində keçirilən görüş Böyük Britaniyanın təşəbbüsü ilə baş tutub.

Toplantıda çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Myanmarda baş verən zorakılıq halları və insan haqlarının pozulmasını ölkənin reputasiyasında qara ləkə adlandırıb. Onun sözlərinə görə, Myanmarda müsəlmanlara qarşı zorakılığa dərhal son qoyulmalı, Arakan ştatında əhaliyə humanitar yardımın göstərilməsi üçün şərait yaradılmalıdır.

Tədbirdə Avstraliya, Banqladeş, İndoneziya, Kanada və digər ölkələrin XİN rəhbərləri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli iştirak edib. Myanmarı toplantıda XİN rəhbərinin müavini və milli təhlükəsizlik üzrə müşavir təmsil edib.

Qeyd edək ki, avqustun 25-dən Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan ştatında yerli müsəlmanlara hücumları nəticəsində çox sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, yüzminlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. (musavat.com)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031