İran və Türkiyə prezidentləri Kürdüstanın İraqdan ayrılması ilə bağlı danışdılar - ƏTRAFLI
Mьəllif: admin1
Tarix: 25-09-2017, 21:27
Bцlmə: Xəbərlər
İran və Türkiyə prezidentləri Kürdüstanın İraqdan ayrılması ilə bağlı danışdılar - ƏTRAFLI
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran və Türkiyə prezidentləri arasında İraq Kürd Regional Rəhbərliyinin İraqdan ayrılmasını ehtiva edən referendum məsələsini müzakirə etdikləri bir telefon danışığı baş tutub.

İraqın Kürdüstan Bölgəsindəki referendum məsələsini müzakirə edərək İraqın ərazi bütövlüyü və milli birliyinin zədələnməməsininin vacibliyini vurğulayan Ruhani və Ərdoğan müxtəlif mövzularda fikir mübadiləsi aparıblar. Tərəflər telefon görüşündə iki ölkənin bu məsələdəki mövqelərinin tam koordinasiyalı olduğunu bildiriblər.

İran Prezidenti Həsən Ruhani görüşdə tərəflərin bu barədəki yaxşı əməkdaşlığının sevindirici hal olduğunu bildirərək, "İran İslam Respublikası üçün İraqın ərazi bütövlüyü, milli birliyi və regionun təhlükəsizliyi əhəmiyyətli və çox mühümdür və regionun sabitlik və təhlükəsizliyini qarışdıranlara açıq bir mesaj verməliyik",- deyib.

Region ölkələrinin bu məsələdə birliyi və koordinasiyasının çox mühüm və təsirli olacağını ifadə edən Ruhani region ölkələrinin yeni qeyri-sabitliyin formalaşmasına imkan verməyəcəklərini deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da görüşdə ölkəsinin İraq referendumu ilə bağlı lazımi tədbirlər gördüyünü bildirərək, "Lazımi orqanlarda atılacaq siyasi, iqtisadi, hərbi və digər lazımi addımlar barəsində tədbirlər görülmüşdür və TBMM də (Türkiyə parlamenti - red.) sərhədxarici hərəkat səlahiyyətini hökumətə vermişdir",- deyib.

Türkiyənin İranla əlaqələrini inkişaf etdirməyə hazır olduğunu ifadə edən Ərdoğan iki ölkə arasında keçiriləcək 4-cü Strateji şura iclası üçün bütün nazirliklərin planlarını hazırladıqlarını deyib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031