Ərdoğan: “Bərzani özünü oda atıb”
“İraqın şimalındakı son məsələlər bizi məyus etsə də, öhdəsindən gələ bilməyəcəyimiz bir şey deyil”.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polis Akademiyasının buraxılış mərasimində deyib. O bildirib ki, Şimali İraq bölgəsinin rəhbərliyi lazımsız müstəqillik təşəbbüsü ilə özünü oda atıb: “Dövlət idarə etmək üçün tayfa başçısı olmaq kifayət deyil. Kim sənin müstəqilliyini qəbul edəcək? Otur, oturduğun yerdə! Paran-pulun var, neftin var, dinc dayan! Hər halda ona ciddi təşviqlər olub və o, bu addımı atıb. Məsud Bərzani özünü oda atıb. Bizimlə 350 km sərhədin var. Bizimlə və ya İranla bu barədə müzakirə apardınmı? Biz sonuna qədər xəbərdarlıq vəzifəmizi yerinə yetirəcəyik. Suriya məsələsinin ölkəmizə təsir etməsinə imkan vermədiyimiz kimi, İraqda təşəbbüs edilən bu fitnəni də dayandıracağıq”. Oxşar xəbərlər
|