Almaniyalı xanım məhərrəm ayında İmam Rzanın (ə) hərəmində İslamı qəbul etdi
Almaniyalı xanım Jasmin Ozren İmam Rzanın (ə) mütəhhər hərəmində kəlimeyi şəhadət gətirərək, İslam dinini qəbul edib.
Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, Məhərrəmliyin əza mərasimlərinə qatılmaq məqsədilə ailəsilə birlikdə müqəddəs Məşhəd şəhərinə gələn Ozren, öz arzusu ilə Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri idarəsində cəfəri fiqhinə əsasən İslam dinini qəbul edib və müsəlman olub. İmam Hüseynə (ə) xüsusi maraq göstərən bu yeni müsəlman olmuş almaniyalı xanım belə danışıb: “İmam Əli (ə) və İmam Hüseynə (ə) məhəbbətim mənim müsəlman olmağım üçün ən böyük amil oldu. Həyat yoldaşım müsəlmandır və mənim sərbəst şəkildə istədiyim dini seçməyimi təmin etdi. Həyat yoldaşımın ailəsi hansı dini seçməyim məsələsində mənə geniş dəstək verdi və bu yolda İslam dininin gözəl təzahürlərini mənə göstərdi. Hörmət, kəramət, comərdlik, sülh, dostluq və ədalət kimi anlayışlara bu dində xüsusi yer verilməsi, mənim İslam dinini seçməyimdə təsirli olan səbəblərdir”. Almaniyalı xanım sözlərini belə davam edib: “Avropa ölkələri İslam və müsəlmanlarla açıq-aşkar müxalifət edirlər və bu dinin ideyaları və baxışları düşmənlərin bu dini hədəfə almasının əsas səbəbidir. Qərbin media strukturları böhtan kampaniyaları ilə İslam dininin qanunlarını insan haqlarına zidd olduğunu göstərməyə çalışır və bu səbəbdən bəzən bu dinin təlimləri və qanunlarını bir problem kimi gündəmə gətirirlər”. Almaniyada ayrı-seçkilik və ədalətsizliyin müsəlmanların məruz qaldığı problemlərdən biri olduğunu deyən xanım Ozren, hazırda Almaniyada Müsəlman xanımların ən böyük probleminin, hicab və dövlətdəki fəaliyyətləri olduğunu bildirib. İranın yaşamaq üçün təhlükəsiz və əlverişli bir ölkə olduğunu bildirən xanım belə danışıb: “İmam Rzanın (ə) pak hərəmi çox gözəldir və mən Məşhəd şəhərini sevirəm və həyat yoldaşım və qızımla İranda yaşamaq istəyirəm”. Bu mərasimdə İmam Rzanın (ə) hərəminin xarici ziyarətçi işləri idarəsinin sədri Seyyid Məhəmməd Cavad Haşiminejat belə danışıb: “Elə bir dövrdə yaşayırıq ki, hökmranlar müsəlmanlarla mübarizə etmək üçün var gücləri ilə səy edirlər. Ancaq buna baxmayaraq, keçən il 33 nəfər İslam dinini qəbul edib və bu isə düşmənin planlarının əks nəticə verdiyini göstərir. Onlar bu davranışları ilə İslamı təcrid edə bilmədilər, üstəlik bir çox insanın İslama maraq göstərməsinə səbəb oldular”. Bu mərasimin sonunda isə, almaniyalı xanıma bəzi mənəvi hədiyyələr təqdim edilib. Oxşar xəbərlər
|