Ayətullah Sistani: Kürd referendumu İraqı parçalamağa hesablanıb
Mьəllif: admin1
Tarix: 30-09-2017, 18:14
Bцlmə: Xəbərlər
Ayətullah Sistani: Kürd referendumu İraqı parçalamağa hesablanıb
Müsəlmanların böyük təqlid mərcələrindən olan Ayətullah Seyid Əli Sistani İraqın Kürdüstan bölgəsinin referendumla ölkədən ayrılma cəhdinə qarşı çıxıb.

İslamazeri.com "PressTV"-yə istinadla xəbər verir ki, təqlid mərcəyinin müraciətini onun nümayəndəsi Əhməd əl-Safi cümə namazının xütbəsində səsləndirib. Bildirilib ki, Ayətullah Sistani Kürdüstanın regional hökumətini konstitusiya yoluna qayıtmağa çağırır. O, həmçinin İraqdan ayrılmağın mənfi nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Belə ki, bu addım İraq xalqının parçalanması və ölkənin bölünməsilə nəticələnəcək, o cümlədən İraq dövlətinə qarşı xarici müdaxilələr üçün yol açmış olacaq.

Böyük İslam alimi kürd referendumunun İraqı parçalamaq və ölkənin şimalında müstəqil dövlət yaratmaq məqsədilə həyata keçirildiyini bəyan edib. O, İraqdakı bütün partiyaları ölkə konstitusiyasına əməl etməyə çağırıb.

Ayətullah Sistani, həmçinin İraq hökumətini də kürd vətəndaşların hüquqlarına riayət etməyə dəvət edib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031