Həsən Nəsrullah Aşura çıxışında kürdlərin refrendumu haqda danışıb
“İndi İŞİD mərhələsinin uğursuzluğundan sonra, həmin mərhələ ki tam olaraq, Amerika və İsrail planı idi və bölgəni tamamilə Amerika və İsrailin nəzarətinə vermək istəyirdi, indi yeni plan həyata keçirilir. Bu plan bölgəni yenidən bölməkdir. Bu pıanın başlanğıcı İraqın Kürdüstanındandır. Bu yalnız İraq deyil, bütün regonu təhdid edir. İranı, Türkiyəni, Suriyanı və bütün bölgəni təhdid edir. Yalnız İraq və ərəb ölkələri təhdid qarşısında deyil. Bu bölgü üçün qapıları açacaq."
İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah Aşura günü çıxışında deyib. Kürdüstan Muxtariyyətinin istiqlaliyyət referendumu addımlarını qınayan Həsən Nəsrullah onu ABŞ və Sionizmin yeni planı adlandırıb. "Bu bölgü üçün qapıları açacaq. İraqın şimalında kürd dövlətinin yaranmasını bütün bu yer kürəsində dəstəkləyən bir qüvvə var o kimdir?! Kürdlərin mənafei burdadır ki, ölkələrinə qayıtsınlar, ölkələrini müdafiə etsinlər və onun yenidən bərpasında iştirak etsinlər.” Həsən Nəsrullah çıxışının davamında bildirib ki, İraq bölünsə Səudiyyə kimi ərəb ölkələri də bölünəcək. Oxşar xəbərlər
|