Məğlubiyyətlə üzləşən Məsud Bərzani istefa verir
Mьəllif: admin1
Tarix: 25-10-2017, 20:02
Bцlmə: Xəbərlər
Məğlubiyyətlə üzləşən Məsud Bərzani istefa verir
FaktXəbər-in verdiyi məlumata görə, İraq Kürd Regional Birliyinin rəhbəri Məsud Bərzani bir neçə saat ərzində istefa verəcək. Bu barədə Kürdüstan Demokratik Partiyasının rəhbərlərindən sayılan Əşvaq Əl-Cədd məlumat verib.

O, "Baghdad Today" portalına müsahibəsində bildirib ki, Bərzani bir neçə saata istefa verecek, rəhbər postunu isə oktyabr ayının sonu tərk edəcək.

Məlumata görə, Məsud Bərzani ailə üzvlərindən heç kimin bu posta namizəd olmayacağını söyləyib.

2005-ci ildən Bərzaninin rəhbərlik etdiyi İraq Kürd Regional Birliyində qanunvericiliyə görə 2 dövrədən artıq rəhbər seçilmək olmaz. Amma o, İraqda baş verən qarışıqlıqdan istifadə edərək bu posta qalmışdı.

Bir neçə namizədin adının hallandığı yeni rəhbər postunu Kürdüstan parlamenti təyin edəcək.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031