Ayətullah Xamenei: İraq xalqı Amerikanın hiylələrindən ehtiyatlı olmalıdır
Mьəllif: admin1
Tarix: 26-10-2017, 15:36
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: İraq xalqı Amerikanın hiylələrindən ehtiyatlı olmalıdır
İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İraq dövlətini Amerikanın tələlərinə qarşı ehtiyatlı olmağa çağıraraq ABŞ-ın etimada layiq olmadığını bəyan edib.

İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, bu gün Tehranda İraqın Baş naziri Heydər əl-Abadini qəbul edən Ali Rəhbər İraq hökumətinin region dövlətlərilə əlaqələri möhkəmləndirmək səylərini dəstəklədiyini dilə gətirib.

"İŞİD-i amerikalılar yaradıb. Ancaq bu gün İraq dövləti və xalqı tərəfindən terrorçu təşkilat məğlub edildiyi ərəfədə onlar özlərini elə aparırlar ki, sanki, bu mühüm hərəkatı dəstəkləyirlər. Ancaq onlar, heç şübhəsiz, əllərinə fürsət düşən kimi İraqa zərbə vurmağa tərəddüd etməyəcəklər", - deyə Ayətullah Xamenei İraq Baş naziri ilə söhbətində bildirib.

İran İnqilabının lideri İraqdakı müxtəlif etnik qruplar arasında vəhdətin əhəmiyyətinə diqqət çəkib və qeyd edib ki, Bağdad hökumətinin könüllü xalq qüvvələrinə verdiyi dəstək son dövrlər terrorçu qruplar və onların himayədarları üzərində qələbənin əsas səbəbidir.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031