Yaponiyada 2 xurma 5 min dollara satıldı - SƏBƏ
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Yaponiyanın Qifu prefekturasında tenkafubu sortundan olan 2 xurma 4,8 min dollara satılıb.
Qeyd edilir ki, bu cari ildəki ilk satışdır və, ola bilsin ki, bu da qiymətə təsir edən amilərdən biridir. Lakin adıçəkilən sortdan olan 2 xurmanın bu qiymətə satılmasının əsas səbəbi onların qeyri-adi şirinliyidir. Xüsusən də, əgər adi xurmada şəkərin miqdarı 15-16 dərəcədirsə, bu sortdakı göstərici isə 18 dərəcəni keçir. Satılmış 2 xurmada isə şəkər miqdarı 25 dərəcə idi. Bundan başqa, "elit" xurmaları yemək də insana xoş gəlir - onlar həm bərk olurlar, həm xırtıldayırlar. Maraqlıdır ki, bu xüsusi sortun yaradılmasına 11 il vaxt sərf edilib. Oxşar xəbərlər
|