Hind həkimlər bitişik başlı əkizləri ayırıblar
Mьəllif: admin1
Tarix: 27-10-2017, 22:05
Bцlmə: Xəbərlər
Hind həkimlər bitişik başlı əkizləri ayırıblar
Hindistanlı həkimlər nadir rast gəlinən bitişik başlı əkizləri cərrahiyyə əməliyyatı ilə bir-birindən ayırmağa müvəffəq olublar.

İslamazeri.com AFP-yə istinadla xəbər verir ki, cərrahiyyə marafonu olan əməliyyat 36 saat davam edib, gərgin keçən prosesdə 40 həkim iştirak edib. Bundan başqa 20 tibb bacısı və digər tibbi personajlar da əməliyyatda iştirak ediblər. Əməliyyat Nyu-Dehlidə dövlət xəstəxanasında baş tutub.

Bildirilib ki, iki yaşlı əkizlər ölkənin şərqindəki Odişa ştatında dünyaya gəliblər. Uşaqlarda qan-damar sisteminin bir hissəsi və beyin toxumaları müştərək olub. Uşaqları bir-birindən ayırmaq üçün əməliyyatın birinci mərhələsi avqust ayında baş tutub.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031