Almaniyada “hicabını aç” deyən professor etirazla qarşılaşdı
Almaniyadakı Vürzburq Universitetində professorun müsəlman tələbədən hicabını açmasını istəməsi, etirazlara səbəb olub. Tələbələr sinifi tərk edərək, professora etiraz ediblər.
Deyerler.org BBC-yə istinadən xəbər verir ki, həmin tələbin müsəlman qadınları təmsil etdiyini deyən professor, tələbinə əsas kimi, sinifin dünyəvi bir yer olmasını göstərib. Ancaq professor hicabını açmayanların sinfi tərk etməsini istəmədiyi qeyd edib. Bu arada, Almanyanın BR24 xəbər kanalına açıqlama verən universitetin sözçüsü isə, Müller-Brandek-Boketin qadın və kişi bərabərliyini müzakirəyə çıxardığını söyləyib. Sözçü, eyni zamanda professorun baş verənlərlə bağlı yaranan səhv anlaşılmaya görə təəssüf etdiyini deyib. Yaşıl Gənclik Vürzburq qrupu isə, 19 yaşlı tələbəyə dəstək vermək üçün inanc azadlığına malik olduqlarını bildirib. Qrup, eyni zamanda professorun davranışının, tələbənin dövlət qarşısında alçaltması mənasına gəldiyini deyib. Oxşar xəbərlər
|