Kərbəlanın bütün dövlət idarələri Ərbəin üçün 10 gün tətil edəcək
Mьəllif: admin1
Tarix: 31-10-2017, 19:42
Bцlmə: Xəbərlər
Kərbəlanın bütün dövlət idarələri Ərbəin üçün 10 gün tətil edəcək
Kərbəlada Ərbəin ilə əlaqədar 10 gün ərzində bütün dövlət müəssisə və təşkilatları tətil edəcək.

Deyerler.org-un İQNA-ya istinadən verdiyi xəbərə görə, Kərbəla Şəhər Şurasının sərdi Qasem Xatəbi bu barədə məlumat verib. "İmam Hüseynin (ə) Ərbəin mərasimini daha böyük təntənə ilə keçirmək məqsədilə Kərbəla şəhərində bütün idarə və təşkilatlar oktyabr ayının 31-dən noyabr ayının 9-na qədər bağlı olacaq. Bu qərar, Kərbəla Şəhər Şurası və qubernatorluğu tərəfindən Ərbəin mərasimini daha təntələnəli keçirmək, zəvvarlara daha yaxşı xidmət etmək və onların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib", - deyə şəhər şurasının sədri bildirib.

O həmçinin bildirib ki, yeganə olaraq şəhərin təhlükəsizlik orqanları gücləndirilmiş iş rejimində çalışacaqlar. 30 mindən çox polis şəhər ərazisində zəvvarların təhlükəsizliyini təmin edəcək.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031