“Hepatit C” virusundan əziyyət çəkən xəstələr az müddətə tam sağala biləcəklər
Bu barədə “İslaminSesi”nə Təbriz Tibb Universitetinin direktoru, professor Doktor Məhəmməd Hüseyn Soumi məlumat verib. Doktor Souminin sözlərinə görə, əvvəllər hepatit “C” virusunun sağaldılması ilə bağlı çətinlikləri vardı:
“Lakin son illər ərzində iranlı mütəxəssislərin çalışmaları nəticəsində həb formasında olan bir neçə dərman pereparatı əldə etmişik ki, həmin dərman vasitəsilə 3 aylıq kurs nəticəsində “hepatit c” virusunu insanların bədənindən tamamilə çıxara bilirik.” “Heptatit B” ilə bağlı isə vəziyyətin isə bir qədər fərqli olduğunu söyləyən professor, “hələ ki, “hepatit B”-nin C virusu kimi bədəndən çıxarılması tamamilə mümkün deyil. Lakin “Hepatit B” ilə bağlı da effektiv müalicə üsullarımız vardır ki, həmin virusu bədəndə dondura bilirik. Qeyd edək ki, sözügedən dərmanların qiyməti ilə bağlı Təbrizdə olduğumuz müddətdə qısa bir araşdırma apardıq. Araşdırmalarımız zamanı məlum oldu ki, 3 aylıq müalicə kursu üçün istifadə ediləcək dərmanların ümumilikdə qiyməti 500-600 manat civarındadır. Əlavə xərclər də ümumilikdə nəzərə alınsa təxminən 1000 manata qədər xərcin çıxması mümkündür. Oxşar xəbərlər
|