Ayətullahul-üzma Seyyid Əli Xamenei: "İslam dünyası sionist rejimə qarşı müqavimət məsuliyyətini daşıyır"
Ali dini lider Ayətullahul-üzma Seyyid Əli Xamenei Livanda keçirilən 2-ci Beynəlxalq Müqavimət Alimləri Konfransına göndərdiyi mesajında sionist İsrail rejimi ilə mücadilə sahəsində məsuliyyət daşıyan hər kəsə bu xüsusda müxtəlif sahələrdə dəstək verməyə hazır olduqlarını bildirib.
Deyerler.org-un "Fars" agentliyin isinadən verdiyi xəbərə görə, Livan Müqavimət Alimləri Birliyi rəhbəri Şeyx Mahir Hammuda göndərdiyi məktubunda Ayətullah Xamenei ağır və unudulmayan Fələstin məsuliyyətinin bütün İslam dünyasının üzərində olduğunu bildirib. "Heç şübhəsiz, elmi elitalar, din üləması, siyasət adamları və İslam ölkələrinin rəsmiləri bu məsuliyyətin böyük hissəsini öz üzərilərində daşımaqdadırlar. Bu, müqaddəs və gözəl nəticəsi olacaq bir mücadilədir", - deyə ali dini lider bildirib. Ayətullah Xamenei həmçinin bu mücadilədə əzmkar zəfərin Allahın vədi olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, Müqavimət Alimlərinin 2-ci Beynəlxalq Konfransı Fələstin ilə əlaqədar olaraq noyabrın 1-i və 2-də Livan paytaxtı Beyrutda keçirilir. Müqavimət Alimləri Birliyinin rəhbəri Şeyx Hammud İsrail rejiminin qurulmasına səbəb olan Balfour sənədinin qəbulunun 100-cü ildönümü ilə əlaqədar olaraq bu konfransın keçirildiyini bildirib. Oxşar xəbərlər
|