Səudiyyəyə səfər edən Livan baş naziri elə oradan istefa verdiyini açıqladı
Mьəllif: admin1
Tarix: 5-11-2017, 10:06
Bцlmə: Xəbərlər
Səudiyyəyə səfər edən Livan baş naziri elə oradan istefa verdiyini açıqladı
Son bir həftə ərzində iki dəfə Səudiyyə Ərəbistanına səfər edən Livanın baş naziri Saad Həriri istefa verib.

Deyerler.org-un ABNA-ya istinadən verdiyi xəbərə görə, hazırda da Səudiyyə Ərəbistanında olan Livan baş naziri elə buradan "Əl-Ərəbiyyə" telekanalı vasitəsilə istefasını açıqlayıb.

Həriri istefasına səbəb kimi bir sıra məsələləri, o cümlədən Livanda təhlükəsizliyin vəziyyətini göstərib. O həmçinin həyatına qarşı sui-qəsd hazırlandığını da iddia edib. Keçmiş baş nazir Hizbullah və İranın da ünvanına bəzi ittihamlar səsləndirib.

Qeyd edək ki, Həriri 2009-cu ildən 2011-ci ilə qədər, həmçinin 2016-cı ildən bu vəzifəni tutub.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031