Ali Xəlifə rejim qüvvələri Bəhreyndə İmam Hüseyn (ə) əzadarlarına hücum edib (Video)
Mьəllif: admin1
Tarix: 8-11-2017, 11:01
Bцlmə: Xəbərlər
Ali Xəlifə rejim qüvvələri Bəhreyndə İmam Hüseyn (ə) əzadarlarına hücum edib (Video)
Bəhreyn təhlükəsizlik qüvvələri Manamanın qərbində Diraz bölgəsində İmam Hüseynin (ə) 40 mərasimi (ərbəin) münasibəti ilə əzadarlıq edən Əhli-beyt (ə) aşiqlərinə hücum edib, onları döyərək əzadarlıq məclisini dağıdıb.

Maide.Az “bahrainmirror” saytına istinadən xəbər verir ki, sosial şəbəkələrdə Ali Xəlifə rejim qüvvələrinin Diraz bölgəsində (Ayətullah İsa Qasimin evinin ətrafında) İmam Hüseyn (ə) əzadarlarına hücumu əks etdirən video, foto və xəbərlər yayımlanıb.

Yayımlanmış foto və videodan görsənir ki, təhlükəsizlik qüvvələri əzadarlıq məclisini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Onlarla insanın yaralandığı bildirilir.

Qeyd edək ki, Bəhreyn rejimi 2016-cı ildə Ayətullah İsa Qasimi vətəndaşlıqdan çıxardıb. Bundan sonra Bəhreyn xalqı Ayətullah İsa Qasimə qarşı atılan qərəzli addıma etiraz etməyə davam edir.

Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri 2016-cı ilin mayın 23-də Əd-Diraz rayonuna və Ayətullah İsa Qasımın evinə hücum edərək, 6 nəfəri şəhid etmiş və onlarla insanı həbs etmişdir.

Bəhreyndə 2011-ci ildən indiyədək 330 nəfəri qadın və 968 nəfəri uşaq olmaqla 12 min nəfərdən çox insan gülünc bəhanələr ilə günahsız olaraq həbs edilib. Hazırda isə 4000 günahsız insan Bəhreyn rejimi ilə müxalif olduğu üçün həbsdədir ki, onlardan 12 nəfəri qadındır.



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031