Suriyada tarixi qələbə: Sonuncu şəhər də İŞİD-dən azad edilib
Dünən axşam saatlarında Suriya Ərəb Ordusu İŞİD-in bu ölkədəki sonuncu istinadgahı olan əl-Bukamal şəhərinin terrorçulardan rəsmən azad edildiyini bəyan edib.
İslamazeri.com "Al-MasdarNews"-a istinadla xəbər verir ki, İraqın Xalq Səfərbərlik Birliklərinin (Həşdi-Şabi) dəstəyilə hərəkət edən Suriya ordusu şərq istiqamətdən əl-Bukamala daxil olublar. "Həşdi-Şabi" isə İraqın əl-Qaim şəhəri istiqamətindən atəş mövqeyində dayanaraq Suriya ordusuna dəstək olub. Şəhərin şərq hissəsində müqavimət xətti darmadağın edilən İŞİD şəhərin mərkəzindən çıxarılaraq qərbə doğru sıxışdırılıb. Əl-Bukamal şəhərinin azad edilməsilə Suriya ordusu ölkədəki bütün əsas şəhərləri İŞİD terrorçularından azad edib. Oxşar xəbərlər
|