BMT Baş katibi: Arakanlı müsəlmanlara qarşı zorakılıqlar dayandırılmalıdır
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Guterres Myanmada Arakanlı müsəlmanlara qarşı zorakılıqların dayandırılmasının vacib olduğunu vurğulayıb.
Maide.Az “AA”-a istinadən xəbər verir ki, BMT baş katibi Asiyaya səfərinin əvvəlində jurnalistlərə verdiyi açıqlamada Arakandakı müsəlmanlara hüquqi statusun verilməsinin lazım olduğunu qeyd edib. A.Guterres həmçinin qeyd edib ki, Arakanlı müsəlmanların evlərinə dönməsi üçün lazimi tədbirlər görülməlidir. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 25 avqustdan indiyədək Myanma hökuməti, ordunun və ifratçı buddistlərin zülmündən qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarının sayı 600 mini keçib. Onların böyük əksəriyyəti qadın və uşaqlardır. Qaçqınların çox ağır şərtlər altında həyatla mübarizə apardığı bildirilir. Qaçqın düşərgələrində təmiz su və səhiyyə xidmətləri kimi təcili insan tələbatlarına böyük ehtiyac var. Oxşar xəbərlər
|