Gürcüstan vətəndaşları ikili vətəndaşlıq ala biləcəklər
Mьəllif: admin1
Tarix: 12-11-2017, 20:10
Bцlmə: Xəbərlər
Gürcüstan vətəndaşları ikili vətəndaşlıq ala biləcəklər
Yeni konstitusiya Gürcüstan vətəndaşlarına ikili vətəndaşlıq almağa imkan verir.

Bu barədə Gürcüstan parlamentinin sədr İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, Gürcüstan Konstitusiyası yeni redaksiyada ikili vətəndaşlığa liberal yanaşır və Gürcüstan vətəndaşları ikili vətəndaşlıq aldıqda öz ölkəsinin vətəndaşlığını itirmirlər”, İ.Kobaxidze vurğulayıb. Kobaxidze Konstitusiyada yenilik edildiyini və başqa ölkənin vətəndaşı olmağa qadağa qoyulmadığını və bu dəyişikliklərin həm vətəndaşlarımıza, həm də xaricdəki diaspora üçün vacib olduğunu deyib: “Başqa bir ölkənin vətəndaşlığının alınması Gürcüstan vətəndaşlığının avtomatik olaraq ləğv edilməsini nəzərdə tutmur. Bu, həmyerlilərimiz və xaricdəki diaspor üçün vacibdir. Bu, Gürcüstan vətəndaşlığından məhrum olunmasından qorxan soydaşlarımız üçün çox sərfəlidir, – Kobaxidze Gürcüstanın İctimai Televiziyasına açıqlamasında bildirib.

Xatırladaq ki, parlamentin əksəriyyəti oktyabrın 13-də prezidentin konstitusiya dəyişiklikləri layihəsinə dair motivli şərhlərini qəbul etməyib və layihənin ilkin variantını
117 səslə təsdiqləyib.

(gaxa.ge)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031