Sağlamlığa güc verən qidaların siyahısı
Mütəxəssislər insan sağlamlığı üçün yararlı olan bitkilərin (meyvə-tərəvəzlərin) siyahısını hazırlayıblar. Siyahıda 60-a yaxın bitki yer alıb.
Moruq - C vitamini, kalsium, dəmir, folikasitlə zəngindir. Virus və bakteriyalardan qoruyur, xərçəng yaranma riskini azaldır. Avokado - Tərkibində doymamış yağ asidləri var. Ürək və qan dövranı üçün faydalıdır. Xərçəngdən qoruyur. Kələm - C vitamini, az miqdarda B vitamini, kalsiumli ağ və qırmızı kələm immuniteti gücləndirir, streslə savaşır. Noxud - Protein, maqneziumla boldur. Xolestrolu salır, bağırsaq xərçəngi riskini azaldır. Brokoli - Maqnezium, A və C vitamini ilə zəngindir. Xərçəngdən qoruyur, əzələləri gücləndirir. Qoz-findıq - B və E vitamini, dəmir var. Sakitləşdirir, yuxu gətirir və stresi azaldır. Dana əti - Ətdə dəmir, protein var. O, soyuqdəyməni, öskürək və qripə qarşı yaxşı vasitədir. Dəniz məhsulları - Tərkiblərində Omega3 yağ asidi olur. Xolestrolu tənzimləyir, infarkt riskini azaldır. Pomidor - Folikasitlə zəngin olan pomidor xərçəngin bəzi növlərindən qoruyur, hüceyrəmi yeniləyir. Alma - Dəmir, A-C vitamini mənbəyi olan alma immuniteti gücləndirir, infarkt riskini azaldır. Alça - Dəmir və B vitamini ilə boldur. Bədəndəki artıq suyun çıxarılmasına yol açır, enerji verir. Buğda - Buğda beyni və sinirləri bəsləyir, yaddaşı və zehni gücləndirir. Lobya - Dəmir, kalsium, B və C vitamini, protein tərkibli bu məhsul qan və hüceyrə yaranmasına kömək edir. Quş üzümü - Tərkibində C vitamini, kalsium var. Əsəb və immuniteti gücləndirir. Qreyfurt - Folikasit, C vitamini var. Qan təzyiqini azaldır, qan yaradır. Yerkökü - A vitamini var. Spermanı artırır, infeksiyalardan qoruyur. İspanaq - A vitamini, folikasit, maqnezium, E vitamini ilə zəngindir. Sinirləri gücləndirir. Xüsusilə hamilələrə tövsiyə edilir. Qovun - Maqnezium və kalsium tərkibli qovun bədəndə suyu tənzimləyir. Qırmızı üzüm - Yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır. İtburnu - C və E vitamini, dəmirlə boldur. Soyuqdəymə, qripə qarşı qoruyur. Kivi - C vitamini və sairə başqa minerallar ilə zəngindir. Çəkini azaldır. İmmuniteti gücləndirir. Limon - C vitaminin məbəyidir. Limon mədə xərçəngi riskini azaldır. Göbələk - Kalsium, maqnezium tərkibli göbələk əzələləri gücləndirir, saç və dırnaqlara faydalıdır. Mərcimək - Yorğunluğu aradan qaldırır, stresdən qoruyur. Qarğıdalı - Maqnezium və B vitamini mənbəyidir. Streslə savaşır, bağırsaq xərçənginin qarşısını alır. Banan - B6 vitamini, maqnezium var. Rahataladır və yatmağa kömək edir. Çobanyastığı - C vitaminli çöl çiçəyi ürək xəstəliklərindən qoruyur, stresi azaldır. Kartof - Tərkibində minerallar, C vitamini, protein var. Xərçəngdən qoruyur, bədəni toksinlərdən təmizləyir. Pendir - Protein, kalsium var. Sümükləri gücləndirir, sinirləri qoruyur. Portağal - Meyvə B və C vitamini, kalsium, seleniumla boldur. Bədəndəki artıq suyun ifraz edilməsinə kömək edir. Sarımsaq - İmmuniteti gücləndirir. Soya yağı - E vitamini, proteinli yağ xərçəng riskini azaldır. Süd - Kalsium, D, A və B2 vitaminləri ilə zəngindir. Sümükləri gücləndirir, bağırsaq xərçənginə qarşı faydalıdır. Qara turp - C vitamini, kalsium, dəmir mənbəyidir. İmmuniteti gücləndirir və qan dövranını yaxşılaşdırır. Bibər - A və C vitamini ilə bol bibər baş ağrısının dərmanıdır. Qatıq - Ağartı kalsium, B12 vitamini ilə zəngindir. Bağırsaq xərçənginə yoluxmadan qoruyur. Yulaf - Tərkibində karbonhidrat, dəmir, maqnezium, B vitamini var. Enerjivericidir. Zeytunyağı - Doymamış yağ asidi, E vitamini ilə zəngindir. Xolestrolu tənzimləyir, hüceyrələri qoruyur. Oxşar xəbərlər
|