Dr. Eduardo Aniellinin şəhid olmasının ildönümüdür
Eduardo Anielli 1954-cü ildə İtaliyada, ölkənin məşhur kapitalist ailələrindən birində – “Fiat” avtomobil şirkətinin zavodlarını təsisçisi, “Ferrari” avtomobil zavodlarının, helikopter istehsal edən bir neçə zavodun, bir neçə bankın, tikinti, sığorta, geyim və mətbuat şirkətlərinin və məşhur Yuventus idman klubunun sahibi olan Anielli ailəsində dünyaya gəlmişdir.
Bir vaxtlar ailənin illik gəliri 60 mlrd. ABŞ dolları həcmində dəyərləndirilmişdir. Atası senator Covanni Anielli ailənin başçısı və sözügedən şirkətlərin əksəriyyəti üzərində qanuni nəzarətçi olmuş, anası isə qabaqcıl yəhudi ailələrindən olan Karloci ailəsindən olmuşdur. E.Anielli Amerikanın Brinston Universitetinin Dinlər və Şərq Fəlsəfəsi fakültəsində təhsil almış, doktorluq dərəcəsinə yiyələnmişdir. Bir müddət Yuventus futbol klubunun rəhbəri olmuş, bu müddət ərzində təvazökarlığı və xoş əxlaqı ilə insanların rəğbətini qazanmışdır. İslamı qəbul etməsi E.Anielli 1974-cü ildə Nyu-Yorkda universitetdə oxuyarkən Qurani-Kərimdən təsirlənməsi nəticəsində islam dinini qəbul etməyi qərara alır. Belə ki, kitabxananın rəflərinin birindən Qurani-Kərimi götürüb oxumağa başlayır. Oxuduqca bu kitabın başqa kitablardan fərqləndiyini, bəşər sözü olmadığını və nurani ilahi kəlam olduğunu hiss edir. Davam etdikcə, buna olan inancı daha da artmağa başlayır və islamı qəbul edir. Bundan sonra özünə Hişam Əziz adını götürür. Dinləri tədqiq etdiyi və mütaliə və araşdırmalar apardığı üçün İmam Əlinin (ə) şəxsiyyətindən çox təsirlənir və bir müddət sonra onun ardıcılları və şiələrindən olmağı qərara alır. Beləliklə, şiə olur və on iki imamın vilayətinə etiqad edir. Bundan sonra özünə Mehdi adını götürür. İslamı qəbul etdikdən sonra E.Anielli çoxlu problemlərlə qarşılaşır. Ailəsi hər vasitə ilə onu dinindən döndərməyə çalışır. İş o həddə çatır ki, milyard dollarlarla ölçülən irsdən məhrum edilir və atası vəfat etdiyi təqdirdə ailənin tabeçiliyində olan şirkətləri idarə etmək haqqını əlindən alınır, halbuki ailənin yeganə kişi övladı olduğu bu haqq qanunən ona məxsus idi. Bundan əlavə, dəlilikdə və narkotik maddələrdən istifadədə ittiham edilərək zorla psixi xəstəliklər dispanserinə salınır. Bütün bunlar qarşısında əyilməyən E.Anielli öz yolunu davam etdirərək, bir çox şəxsi islama hidayət edir, şərq və qərbdə bir çox ölkələrə səfər edir. Səfərlərinin birində İmam Rzanın (ə) ziyarətgahını ziyarət edir. İslamı və müsəlmanları müdafiə etməyi özünün vacib vəzifəsi hesab edən E.Anielli, teleproqramlarda iştirak etmək və qəzetlərdə müsahibələr verməklə bu işi əməli şəkildə icra edir. Həmçinin bir sıra müsəlmanları həbsdən qurtarır, məhkəmələrdə onları müdafiə edir. O, dərin iman sahibi olmuş, Quranı çox sevmiş, gecələri onu oxumuş, gündüzlər yoldaşları ilə onun təfsirini öyrənmiş, ayələrin mənaları üzərində düşünmüş, dinini dərindən bilməyə çalışmışdır. Ərəb dilini öyrənmək və dini elm mərkəzlərinin birində təhsil almaq istəmişdir. Amma əcəl bu iki arzusunu yerinə yetirməyə imkan verməmişdir. Şəhadəti 15 noyabr 2000-ci il tarixində İtaliyada Franko Romano körpüsü altında cəsədinə rast gəlinir. E.Anielli müəmmalı bir hadisə nəticəsində həyatını itirmiş və ölü tapılmışdı. E.Anielli Velar Roza kəndində ailə qəbristanlığında xristian adətləri üzrə (!) dəfn edilir. Dostları bildirirlər ki, o, yəhudilərin onu öldürəcəklərini deyibmiş. Belə ki, yəhudilər Aniellini özləri üçün təhlükə hesab edirmişlər. E.Anielli atasından sonra ailənin başçısı olacağı təqdirdə milyardlarla dollar sərvətə sahib olacaqdı. Bunu aşağıdakı fakt da gücləndirir: Fiat şirkətinin yığıncağı Eduardonun atası yəhudi olan bacısı oğlunu şirkətin rəhbərliyinə seçmişdi. Bu isə onun babasının vəfatından sonra bütün şirkətlərə nəzarət və sözügedən şirkətin idarəçiliyi üçün avtomatik olaraq namizəd olması demək idi. Oxşar xəbərlər
|