Ramazan - özünü yenidən islah etmək, tanımaq və fəsaddan qurtulmaq mövsümü
Günahı tərk etməyin əhəmiyyəti... Bundan əlavə, ramazan orucunun özü insanda ruhani və mənəvi bir əhval yaradır, onu ilahi lütfü qazanmağa hazırlayır. Ramazan ayında bütün əməllərə - namaza, daimi vəzifələrə, oruca, bu ayın dualarına diqqət yetirin və Quran oxuyun. Deyilib ki, ramazan ayı Quranın baharıdır. Bu, özünü yenidən islah etmək, yenidən tanımaq, paslardan və fəsadlardan qurtulmaq mövsümüdür. Bu çox faydalı bir zamandır. Əsas məsələ budur ki, biz ramazan ayında Allaha doğru hərəkət edə bilək və bu mümkündür. Dedim ki, bəzən ramazan ayından sonra imamın yanına gedəndə onun daha nurlaşdığını, danışığının, baxışının, hərəkətinin və fikirlərinin ramazan ayından öncə ilə fərqləndiyini duyurdum. Ramazan ayı mömin və uca bir insan üçün belədir. Onun qəlbinə və daxilinə elə işıq bəxş edir ki, insan bunu hiss edir, danışığından anlayır. Allahın bəndələri belədirlər. Biz bu fürsətdən çox istifadə etməliyik. Günahı tərk etməyin əhəmiyyəti Öz əməli həyatımıza dair bir məsələni xatırlatmaq istəyirəm. Bu mənim özüm və siz qardaş və bacıların hamısı üçün daha yaxşı və daha çox əmələ səbəb ola bilər. O məsələ budur ki, Allaha yaxınlaşmaq üçün əsas amil günahları tərk etməkdir. Müstəhəb işlər görmək, təvəssül, dua və digər işlər ikinci dərəcəlidir. Əsas məsələ budur ki, insan özünün günah etməsinə mane olsun. Bunün üçün təqva lazımdır. İnsan vücuduna lazım olan ən mühüm, yaxud ən birinci şərt təqvadır. İnsanın günah etməsinə mane olan amil budur. Günah insanı hətta ilahi əfvin əzəmətli dəryasına yaxınlaşıb, ondan istifadə etməyə də qoymur. Günah bizim dua və zikr halı əldə etməyimizə imkan vermir. Günah bizi özümüzə yenidən baxmaq və özümüzü islah etmək barədə düşünməyə, çalışıb günahdan uzaqlaşmağa qoymur. Birinci şərt budur. Əlbəttə, günahlar müxtəlifdir; fərdi və ictimai günahlar, əlin, gözün, dilin vasitəsi ilə və müxtəlif yollarla baş verən günahlar var. Yəqin ki, müsəlmanlar günahlar haqda məlumatsız deyillər və nəyin günah olduğunu bilirlər. Dua edən, müstəhəb işlər görən, şəriət vəzifələrini yerinə yetirən, lakin bunların kənarında günahdan çəkinməyən insan soyuqladığı və qızmasının yüksəldiyi zaman həm soyuqdəymə əleyhinə dərmanlar içən, həm də xəstəyə zərərli qidalardan istifadə edən şəxs kimidir. Məlum məsələdir ki, xəstə zərərli qidalar qəbul etsə, dərmanın təsiri olmayacaq. Allahın rəhməti, əfvi və mənəvi mərhəmətləri üçün şərait yaratmaq lazımdır və bu, günahı tərk etməklə yaranır. Buna görə Əmirəlmömininin (ə) Kumeyl duasında belə deyir: "İlahi! Mənim duanı həbs edən günahlarımı bağışla".[9] Yəni günahlar duanın qəbul olunmasına mane olur. Bu gecələrdə şərafətli Əbu Həmzə duasında oxuyursunuz ki, İlahi, mənimlə vəzifələrimi yerinə yetirməyə və özümü Sənə yaxınlaşdırmağa mane olan günahım arasında fasilə yarat. Əsas məsələ günahı tərk etməkdir. Ayətullah Xamenei. Oxşar xəbərlər
|