İranlı müsəlmanlar kiçik Həcci yerinə yetirə bilməyəcəklər
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, iranlı müsəlmanlar bu il Səudiyyə Ərəbistanında kiçik Həcc ziyarətini yerinə yetirə bilməyəcəklər. Bu haqda İranın Həcc və Ümrə Departamentinin rəhbəri Hədid Muhəmmədi açıqlama verib.
Onun sözlərinə görə, bu, siyasi səbəblər və İran-Səudiyyə Ərəbistanı arasında müvafiq razılıqların olmaması ilə bağlıdır. “İranlı müsəlmanların da kiçik Həcci yenidən yetirə bilməsi əlavə razılıqlar tələb edir.”, - deyə o bildirib və xatırladıb ki, iranlıların bu il Həccə gedə bilməsi haqda aparılmış danışıqlar zamanı Ümrə məsələsi müzakirə edilməyib. Xatırladaq ki, İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər gərgin olaraq qalmaqdadır. Bu böhran 2015-ci ildə Mina vadisində baş vermiş faciədən sonra daha da şiddətləndi. Həmin faciə zamanı, qeyri-rəsmi məlumatlara görə, 2 mindən çox insan həlak olmuşdu ki, onların da böyük əksəriyyəti İran vətəndaşları olub. Oxşar xəbərlər
|