Ayətullah Xameneinin general Süleymaninin məktubuna cavabı: Bəşəriyyətə böyük xidmət göstərmisiziniz
İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil, həmdə Qərbi Asiya bölgəsində öz nüfuz dairəsini genişləndirmək və qəsbkar sionist rejimini bu bölgəyə dominant təyin etmək üçün bu terror qruplaşmasını yaradan, onlara hər cür dəstək olan Amerikanın sabiq və hazırkı dövlətlərinə və onların regiondakı əlaltısı olan rejimlərə böyük zərbə idi.
Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İran İslam İnqilabı Keşikçilər Ordusunun (Sepah) Qüds briqadasının generalı Qasim Süleymani ona İraq və Suriyada İŞİD-in məhv edilməsini rəsmən bəyan edilməsinə dair ünvanladığı məktubun cavabında deyib. Ayətullah Xamenei bu önəmli addımı atdıqlarına görə general Qasim Süleymani və silahdaşlarına təşəkkürünü bildirib və deyib "Sizin bu addımınız bölgədə vətəndaş müharibəsi yaradılmasına, sionistlərə qarşı müqavimətin məhvi və dövlətlərin zəifləməsinə yönəlik bu çirkin siyasətə daha ağır zərbə vurdu. Sizin bu addımınız Qərbi Asiya bölgəsində öz nüfuz dairəsini genişləndirmək və qəsbkar sionist rejimini bu bölgəyə dominant təyin etmək üçün bu terror qruplaşmasını yaradan, onlara hər cür dəstək olan Amerika hökumətinə və onların regiondakı əlaltısı olan rejimlərə böyük zərbə idi." Ali Rəhbər məktubun davamında qeyd edib ki, siz bu ölümcül xərçəng kütləsini (İŞİD terror qruplaşmasını) dağıtmaqla təkcə region ölkələri və İslam dünyasına deyil, bütün xalqlar və bəşəriyyətə böyük xidmət göstərmisiziniz. Bu ilahi yardımın və “ Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı (düşməni məğlub etdi).. “ (ənfal surəsi, 17-ci ayə) ayəsinin misdaqıdır. Və bu sizin və sizin silahdaşlarınızın gecə-gündüz etdiyiniz cihadın mükafatıdır. Sonda Ayətullah Xamenei qeyd edib ki, təkidlə vurğulayıram ki, düşmənin hiyləsindən qəflətdə olmayın. “Ağır investisiya yatıraraq bu çirkin planı hazırlayanlar sakit oturmayacaq. Onlar çalışacaq bu regionin digər bölgəsində başqa bir formada yenidən hərəkətə keçsin. Təşəbbüsün qorunması, həssaslıq, birliyin qorunması, təhlükəli tullantıların məhvi, mədəni işin aparılması, bəsirət və qısası hərtərəfli hazırlıq lazımdır." Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilər Ordusunun (Sepah) Qüds briqadasının generalı Qasim Süleymani bu gün səhər Ali Rəhbər Ayətullah Xameniyə məktub yazraq İraq və Suriyada İŞİD-in məhv edilməsini elan etdi və bu böyük qələbəni Ayətullah Xameniyə və İslam dünyasına təbrik dedi. Oxşar xəbərlər
|