İraqda 75 mindən artıq terrorçu zərərsizləşdirilib
İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyası ölkədə silahlı qüvvələr və müqavimət qüvvələri tərəfindən terrorizmə qarşı aparılan birgə mübarizədə ən azı 75 min terrorçunun öldürüldüyünü və ya həbs olunduğunu açıqlayıb.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının sədri Hakim Əz-Zaməli noyabrın 23-də belə dir açıqlama ilə çıxış edib: “İraqın silahlı qüvvələri və müqavimət qüvvələrinin terrorizmə qarşı birgə apardıqları mübarizədə 70 min terrorçunu öldürdük və 5 min terrorçunu da həbs etdik”. İŞİD terror təşkilatının hərbi baxımdan artıq tamamilə məğlub olmuş bir təşkilat olduğunu və bazalarının tamamilə məhv edildiyini deyən Hakim Əz-Zaməli, sözlərini belə davam edib: “Gizli terror təşkilatlarının ifşa olunması məqsədilə tez bir zamanda İraqın kəşfiyyat idarəsinin nəzərdən keçirilib yeni bir təşkilatlanmaya getməsi qaçılmaz bir zərurətdir”. Oxşar xəbərlər
|